14 Kasım 2014 Cuma

KİÇİK TÜRK XALQLARI-KAMASİNLƏR

Yer kürəsində yaşayan türk xalqlarının ümumi sayı 250 milyondan çoxdur. Türk xalqlarının say etibarilə çox hissəsi müstəqil türk dövlətlərində yaşayır. Çoxumuza böyük türk xalqları məlumdur.Lakin sayca azlıq  təşkil edən yalnız varlığını itirməyən kiçik və maraqlı türk xalqları da mövcuddur. Onlardan biri də Kamasinlərdir. Sayca az olan kamasinlər ( 350 nəfərə yaxın) artıq assimilyasiya məruz qalan türk xalqıdır.Krasnoyarskda Kama çayı vadisində yaşayırlar.Onların daha çox uğradığı urbanizasiya prosesi bu assimilyasiyanı daha da sürətləndirir. 863-ci ildə Karaqaşlar arasında araşdırma aparan W. Radloff Qan çayı bölgəsindəki Karaqaşların bəslədikləri  Ren marallarının ağır itkilərə məruz qalmasını öyrənmiş və bu sahəyə yönəlmişdir. Lakin bu  zaman  burada yəni Krasnoyarsk əyalətinin (Qızılyar) Man və Qan çaylarının üst sahillərində kaman kəndlərinə rast gəlmişdir. Radloff onların Meşə-Kama-Sinə olduqlarını və özlərinə "Kanqbaşı" yaxud "Kanmajı" dediklərini müşahidə etmişdir. Bu türk xalqının dialekti Kaçların dialektinə yaxındır.