14 Kasım 2014 Cuma

KİÇİK TÜRK XALQLARI-KAMASİNLƏR

Yer kürəsində yaşayan türk xalqlarının ümumi sayı 250 milyondan çoxdur. Türk xalqlarının say etibarilə çox hissəsi müstəqil türk dövlətlərində yaşayır. Çoxumuza böyük türk xalqları məlumdur.Lakin sayca azlıq  təşkil edən yalnız varlığını itirməyən kiçik və maraqlı türk xalqları da mövcuddur. Onlardan biri də Kamasinlərdir. Sayca az olan kamasinlər ( 350 nəfərə yaxın) artıq assimilyasiya məruz qalan türk xalqıdır.Krasnoyarskda Kama çayı vadisində yaşayırlar.Onların daha çox uğradığı urbanizasiya prosesi bu assimilyasiyanı daha da sürətləndirir. 863-ci ildə Karaqaşlar arasında araşdırma aparan W. Radloff Qan çayı bölgəsindəki Karaqaşların bəslədikləri  Ren marallarının ağır itkilərə məruz qalmasını öyrənmiş və bu sahəyə yönəlmişdir. Lakin bu  zaman  burada yəni Krasnoyarsk əyalətinin (Qızılyar) Man və Qan çaylarının üst sahillərində kaman kəndlərinə rast gəlmişdir. Radloff onların Meşə-Kama-Sinə olduqlarını və özlərinə "Kanqbaşı" yaxud "Kanmajı" dediklərini müşahidə etmişdir. Bu türk xalqının dialekti Kaçların dialektinə yaxındır.


1 Haziran 2014 Pazar

TARİXDƏ TÜRK DÖYÜŞÇÜLƏRİNİN GEYİMLƏRİ

1.Qədim Türk döyüşçüləri bığa önəm verir və bığ saxlayırdılar.Lakin bu məcburiyyət deyil seçim idi.
2.Saçlar çox zaman uzun olurdu.Bəzi türk döyüşçülərinin saçlarını hördüyü də müşahidə edilir.
3.Başlarına qoyun dərisindən sivri və ya düz “börk” qoyardılar.Bəzən də uzun ipək parçaları bir neçə dəfə başlarına dolayardılar.
4.Geyimlər ipək, yun, pambıq, keçədən bəzən də dəridən olardı.
5.Köynək,qayış, kəmər, qurşaq, mütləq igeyimdə istifadə edilərdi.Qurşaq, kəmər və qayışlara xəncər,bıcaq taxlardı.
6.Şalvarlar kətan,dəri və yundan olardı.Onlar ata minməyə rahat olacaq şəkildə bolluqda olardı.
7.Ayaqqabılar tam boy və yarım boy olmaqla keçə və dəridən hazırlanırdı.




Peçeneq döyüşçüsü



















Səlcuq döyüşçüsü















Türkmən döyüşçüsü



















Xəzər döyüşçüsü

17 Mayıs 2014 Cumartesi

DOQQUZ RƏQƏMİ QƏDİM TÜRK MİFOLOGİYASINDA...

Rəqəmlər həyatımızda mühüm rol oynayır. Doğulduğumuz gündən etibarən rəqəmlər həyatımıza təsir edir. Hansı ildə gündə doğulmağımız buna uyğun bürclərin müəyyənləşməsi aylar, həftələr, illər və bəlkə də bütün həyatımız məhz rəqəmlərdir.
  Hələ qədim zamanlardan Türk mifologiyasına, mədəniyyətinə nəzər salsaq görərik ki, qarşımıza tez tez 9 rəqəmi çıxır. 9 sayı, Türklərin dastanlarında çox rast gəlinir: doqquz ağac, doqquz boy, doqquz budaqlı ağac, doqquz nəhəng , , doqquz fələk , doqquz Oğuz kimi...

3 Mayıs 2014 Cumartesi

3 MAY TÜRKÇÜLÜK GÜNÜ

3 may ilk dəfə 1945-ci ildə Tophane Əsgəri həbsxanada Hüseyn Nihal Atsız, Nejdet Sancar, Zeki Velidi Togan, Reha Oguz Türkkan başda olmaqla 10 məhkum tərəfindən qeyd edilib.  Ziya Gökalp və Yusuf Akçura kimi türkçü mütəfəkkirlərin,  ortaya atmış olduğu tezislər , mustafa kemal atatürk tərəfindən ustaca həyata keçirilmiyə başlamışdır Türkçülüyün təklif etdiyi yeni həyatda, ümmət dövləti yerinə millət dövləti vardır.

26 Nisan 2014 Cumartesi

DÜNYA TARİXİNƏ TÜRKLƏRİN VERDİYİ İLKLƏR


Tarixdə atı ilk əhliləşdirən  Türklərdir. Çünki ,döyüşçü bir millət olaraq atdan ilk dəfə türklər istifadə ediblər. At təxminən 55 milyon il əvvəl ortaya çıxandan bəri bir çox təkamülə uğrayıb. Bütün əhliləşdirilən atlar " Equus Caballus deyilən bir heyvan cinsinin üzvləridir. Buna bənzəyən fərqli at növləri, bir zamanlar orta Asiyada gəzişən vəhşi atlardan doğulmuşdur ki, bu atların hal-hazırda  həyatda qalmağı bacaran tək nümunəsi Przewalski deyilən Monqolların vəhşi atlarıdır.

20 Nisan 2014 Pazar

DÜNYA TARİXİNƏ TÜRKLƏRİN VERDİYİ İLKLƏR


 Dünyanın ilk kilsəsi türklərin adı ilə bağlıdır. Nə qədər qəribə görünsə də bu ilk məhz Antakya da yerləşir. Bu kilsə dünyanın ilk mağara kilsəsidir. Xristianlıq -Katolik, Proaslav kimi məzhəblərə ayrılmadan öncə mövcud olan kilsədir. Antakyada Reyhanlı yolu üzərində, Habib-ün Neccar dağı ətəyində yerləşir. St.Pierre adlanan bu kilsə öncədən təbii mağara olub və sonradan kilsəyə çevrilib.

6 Nisan 2014 Pazar

DÜNYA TARİXİNƏ TÜRKLƏRİN VERDİYİ İLKLƏR

Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bəşər tarixində bir çox hadisə  türklərin adı ilə bağlıdır. Onlar bir çox ilki gerçəkləşdiriblər.
1.Dünya tarixində  ilk şəhər yerləşməsi türklərin adı ilə bağlıdır. Konya - Çatalhöyük.
Konya, Türkiyədəki ən qədim  yaşayış məskənlərindən  biridir. Bu şəhərin tarixinə nəzər salaq. İslamiyətin doğuşuyla birlikdə Şərqi Roma İmperatorluğu əleyhinə böyüyən  İslam Dövləti , İstanbulu hədəf alan hərəkatları əsnasında Konya üzərinə də axınlar təşkil etmişlər. Anadoluda və Konya ətrafında ilk İslami birliklər bu dövrdə ortaya çıxmışdır. 

1071 -ci ildə  Malazgirt döyüşündən əvvəl Anadolu üzərinə kəşfiyyat yürüşləri təşkil edən türklər və Anadolunu tanıyan Böyük Səlcuqlular,bu döyüş nəticəsində Anadolunun böyük bir qisimi ilə birlikdə Konyanı da, ələ keçirdilər və bölgədəki uzun Bizans hakimiyyətinə son verdilər. Süleyman Şah 1076 -ci ildəKonyanı Anadolu Səlcuqluları'nın paytaxtı etdi. Konya uzun müddət paytaxt şəhər olaraq qaldı.


Karahöyük və Konya Düzənliyi üzərində, tapılmış ən qədim və ən inkişaf etmiş Neolit dövrünə aid yaşayışməskəni Çatalhöyükdür.Daha dəqiq desək bu ərazi Konyanın Çumra mahalının 10 km cənubundadır.1961-1965-ci illərdə James Melleart, David French, Allan Hall bu ərazidə qazıntı işləri aparıblar. Qazıntılarda burada donuz , inək və buğda qalıqlarına rast gəlinib. Çatalhöyükdəki arxeoloji tapıntılar müxtəlif birliklər  arasında alış-veriş şəbəkəsinin o dövrdə yaranmış olduğunu göstərir.
  
2.Tarixdə ilk şəhər dövlət  Şumerlərə aiddir.
Ədəbi və mədəni sahədə bir çox ilkin yaradıcısı şumer sivilizasiyası e.ə 3500 il əvvəl  Mesopotamiyada  ortaya çıxmış və hər dövründə insanlıq tarixini təsir edən  ilklərə imza atmışdır. Dünyada ilk dəfə görünən yeniliklərin bəzisi -ilk dəfə tarix protokolları meydana gətirmələri , vergi və vergi endirimi tətbiqi, məclis sisteminin ortaya çıxışı, bəzi idman müsabiqələrinin  ilk dəfə keçirilməsi, kitabxananın yaranması şumerlərin adı ilə bağlıdır. 

 Şumerler , bu günün insan həyatının mədəni və sivilizasiya kimi təməllərini o günlərdə atmışlar. Bir inanca görə, yer üzündə həyat bir zamanlar bu gün olduğundan daha irəli səviyyədə və mədəni idi , ancaq böyük bir tufan bütün bu güclü sivilizasiyası alt-üst etdi ... onlardan qalan yarım yarımcıq məlumat ilə də bu günün dünyasının təməlləri atıldı .. şumerler də məhz belə bir miras sayəsində bütün sürətli  inkişafı qısa bir müddətdə həyata keçirəbildilər.