Hüseyn Cavid Azərbaycan ədəbiyyatının böyük dramaturqu, mütəfəkkir şairi olmaqla yanaşı, həm də dəyərli publisistidir. Cavid də bir çox görkəmli sənətkarlarımız kimi düşüncələrini, hisslərini sadəcə əsərlərində, şeirlərində deyil, məqalələrində də əks etdirmişdi. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Üzeyir Hacibəyov və s. görkəmli sənətkarlarımız kimi H.Cavid də yalnız bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməmiş, publisistika ilə də məşğul olmuş, dəyərli məqalələrə imza atmışdı. Zaman keçdikcə Hüseyn Cavidin dəyərli məqalələrinin dərindən və əhatəli öyrənməyə daha çox ehtiyac duyulur. Bu da tədqiqatçıları hələ də əsas özəllikləri elmə naməlum qalan Cavid publisistikasını araşdırmağa sövq edir. Millətinin qarşılaşdığı problemlərini, dərdlərini öz məqalərində də qələmə almış və publisistik yaradıcılığının bütün mərhələlərində bu problemlərin işıqlandırılması, həlli yolları onu məşğul etmişdi.
