Dünyanın ilk kilsəsi
türklərin adı ilə bağlıdır. Nə qədər qəribə görünsə də bu ilk məhz Antakya da
yerləşir. Bu kilsə dünyanın ilk mağara kilsəsidir. Xristianlıq -Katolik, Proaslav
kimi məzhəblərə ayrılmadan öncə mövcud olan kilsədir. Antakyada Reyhanlı yolu
üzərində, Habib-ün Neccar dağı ətəyində yerləşir. St.Pierre adlanan bu kilsə
öncədən təbii mağara olub və sonradan kilsəyə çevrilib.
Həmçinin tarixdə ilk dəfə
Hz.İsanın dinini tanıyanlar burada “Xristiyan” adını alıblar. Buna görədə bu
kilsə bir çox turistin diqqətini cəlb edir. Kilsə xristianlar üçün olduqca
maraqlı dini mərkəzdi. 1963-cü ildə Papa VI.Paul tərəfindən ziyatət yeri olaraq
elan edilib. O zamandan bu kilsə katoliklərin ən məşhur ziyarət yeridir. Hər il
29 İyun burada mərasim təşkil edilir. Papa ilin istənilən günü həmin kilsəni ziyarət edəcək hər katolikin bütün günahlarının bağışlanacağını
elan edib. Kilsənin zəminində mozaika, divarlarda isə freskalar var. Antakya'nın
2 km. şimal-şərqində yerləşən kilsə qayalara oyularaq 13 metr dərinliyində, 9.5
metr genişliyində və 7 metr yüksəkliyində bir mağaradan ibarətdir. Xristian sözünün
ilk dəfə istifadə edildiyi kilsənin içindəki qayalardan damlayan su yüzlərlə
ildir şəfalı olaraq qəbul edilir. Həmin su vaftiz suyu adlanır və qayalardan
sızan su hovuza toplanır.
1872-ci il zəlzələsində böyük ziyan görən kilsə, 1900-cü
ildə bərpa edilib. Üç salonu olan kilsənin üç kraliyet qapısı mövcuddur. Qərbdə
qadınlara aid iki qat və qərb , şimal və cənub qapıları var. İçindəki İsa heykəli
1934-cü ildə qoyulub. Kilsənin yan tərəfində isə iki dənə qaya üzərinə oyulması
yarımçıq qalmış heykəlləri görünür. Bu
yarı heykəllər şeytan qayası adlanır.

Hiç yorum yok:
Yorum Gönder