Rəqəmlər həyatımızda
mühüm rol oynayır. Doğulduğumuz gündən etibarən rəqəmlər həyatımıza təsir edir.
Hansı ildə gündə doğulmağımız buna uyğun bürclərin müəyyənləşməsi aylar, həftələr,
illər və bəlkə də bütün həyatımız məhz rəqəmlərdir.
Hələ qədim zamanlardan Türk mifologiyasına, mədəniyyətinə
nəzər salsaq görərik ki, qarşımıza tez tez 9 rəqəmi çıxır. 9 sayı, Türklərin dastanlarında çox rast gəlinir: doqquz ağac,
doqquz boy, doqquz budaqlı ağac, doqquz nəhəng , , doqquz fələk , doqquz Oğuz
kimi...
1.Manas dastanında
Manasın dəfn olunmasından bəhs edilərkən onun 9 gün gözlədilməsi və geyimlərinin 9 yerə bölünüb xalqa paylanması
qeyd edilir.
2.Osmanlı türklərində
müşahidə edilən hədiyyə verərkən sayın 9 olması adəti keçmişə söykənir. Məsələn
“Kitabi-Dədə Qorqud”da “doqquzlama çargap” hədiyyələr ən böyüyü hesab olunurdu.
3 Türk mifologiyasında dünyanı yaradan
Quru Xan olub və o, dünyanın tam mərkəzinə
doqquz budaqlı ağac əkib.
4.Altaylarda qiyamətin təsvirinə
görə dənizin dibində
doqquz şaxəli “Karataş” var, qiyamət zamanı doqquz yerindən ayrılacak, dəmirdən
və tünd sarı rəngdə atlara minmiş doqquz döyüşçü ətrafa hücum edəcək.
5. Altay şamanizmində , doqquz
sayının əhəmiyyətli bir yeri vardır. Məsələn Altay şamanları , çiyinlərindən
doqquz ox ( Yebe ) və yay ( Ya) işarələrini əskik etməzlər 6. Altay Türkləri'nə görə , insanın skeletində ovuc, ayaq sümüyü,
baş, bel, dirsək , diz, əl biləyi, çiyin, topuq olmaq üzrə doqquz əlavə vardır
7. Altay türklərinin Yaradılması
Dastanı'nda Tanrı, kainatı yaradarkən bir də doqquz budaqlı bir ağac yaradar
Sonra Tanrı , hər doqquz budağın kökündən bir adam yaradar və hər adamdan bir
oymaq törəyər ( ümumi doqquz adam , doqquz oymaq) .'' Altay türklərinin müqəddəs
həyat ( göy ) ağacı da doqquz dallıdır
8. Göytürklər
zamanı bir adam xaqan olduğunda, bir qalxan üzərinə qalxıb , göyə qaldırılaraq
doqquz dəfə döndürülürdü.
9. Altaylılar'ın
Göy Tanrı Qurbanı ilə Dağ Qurbanı bayramlarının mərasimləri doqquz gün sürərmiş
. Yaz ayininə də doqquz günahsız qız ilə doqquz günahsız kişi qatılırmış
“Doqquz ''
sözünün qədim türkçədə deyilişi tokuz'dur.

Hiç yorum yok:
Yorum Gönder